Pakistanın baş naziri Nəvaz Şərif Azərbaycana rəsmi səfərə gəlib.
Gununsesi.info xəbər verir ki, səfər zamanı Nəvaz Şərifi baş nazirin xüsusi köməkçisi Səid Tariq Fatemi müşayiət edir.
Pakistan baş nazirinin üçgünlük səfəri zamanı onun Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də baş nazir Artur Rasi-zadə ilə görüşəcəyi gözlənilir.
Görüşlər zamanı ikitərəfli əlaqələr, o cümlədən ticarət münasibətlərinin və investisiyaların inkişafı, eləcə də regional və beynəlxalq məsələlər, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunacaq.
Səfər çərçivəsində birgə bəyannamənin imzalanacağı gözlənilir.
****
11:02
Bu gün Pakistanın baş naziri Nəvaz Şərifin Azərbaycana səfəri başlayır.
Gununsesi.info-nun məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilən səfər 3 gün davam edəcək.
N. Şərifi yüksək səviyyəli nümayəndə heyəti müşayiət edir. Səfərdə məqsəd ikitərəfli münasibətləri dərinləşdirməkdir. N. Şərif Azərbaycan prezidenti ilham Əliyev, baş nazir Artur Rasizadə və digər rəsmi şəxslərlə görüşəcək.
Gununsesi.info