Nəzir qutusundan pul oğurladı

  • By admin
  • 02 Yanvar 2020 10:28

Cəlilabad rayonunda nəzir qutusundan oğurluq olub. 

Gununsesi.org xəbər verir ki, hadisə rayonun Ocaqlı kənd məscidində qeydə alınıb.

Əməliyyat tədbirləri nəticəsində sözügedən məsciddəki nəzir qutusundan pul oğurlamaqda şübhəli bilinən Əliqasımlı kənd sakini O.Mustafayev saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun 1 həyətyanı sahədən 10 baş qoyun, digər həyətyanı sahədən isə təmir-tikinti alətləri oğurlaması da müəyyən edilib.

Gununsesi.org