Nə ABŞ, nə də Avropa İttifaqı Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılmasına etiraz etməyəcək

  • By admin
  • 07 Mart 2023 12:50

Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən “Laçın dəhlizi”  ilə bağlı gərginlik davam edir.

Əksər müşahidəçilər hesab edir ki, Rusiya “Laçın dəhlizi” ətrafında yaranmış situasiyanı süni şəkildə gəriginləşdirilməsi üçün səylər göstərir.

Politoloq Elxan Şahinoğlu Gununsesi.info-ya açıqlamasında bu barədə danışıb.

Onun sözlərinə görə, Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda mətbuat konfransında Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqəsibnin yaradılmasıyla bağlı suala belə cavab demişdi ki, “tərəflər 2020-ci il 10 noyabr bəyanatına zidd addımlar atmamalıdırlar”. Yəni, Lavrovun yanlış məntiqinə görə, Azərbaycan Laşçın yolunda nəzarət-buraxılış məntəqəsi yarada bilməz”.

ABŞ-ın bu məsələ ilə bağlı mövqeyinə gəlincə, politoloq bunun Rusiyadan fərqli olduğunu deyir: “ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono isə Bakıda bildirib ki, ABŞ Azərbaycanın Laçın yolunda təhlükəsizliklə bağlı maraqlarını anlayır. Yəni amerikalı diplomat Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılmasının Azərbaycanın müstəsna hüququ olduğunu bildirib. ABŞ dövlət katibi Entoni Blinken də eyni mövqedədir. Brüssel də Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılmasına etiraz etməyəcək”.

 

Mətləb Yaqublu

Gununsesi.info