Nə istəyirlər verin, çünki onlar bunu haqq edir - XƏQANİ SƏFƏROĞLU SAHİL BABAYEVİN QAZİLƏRƏ MÜNASİBƏTİNDƏN YAZIR

  • By admin
  • 02 İyun 2022 15:30

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən Müharibəsi iştirakçılarının problemlərinə “Yol əhvaltı” filmindəki “JEK” müdiri Qurban dayı kimi baxmamalıdır.

Bu gün Nazirliyin qəbul otağında baş vermiş münaqişə təəssüf doğurur.

Qazilərin sosial, təqaüd, sığorta, əngəllik problemlərini çevik araşdıran bir qrup olmalıdır. Kağız üzərində yazılmış “qanun-qayda”yla bağlı trafert cümələlərdən qaçmaq lazımdır.

Prezidentin müharibə iştirakçılarının problemlərinin həlli ilə bağlı operativ göstərişləri var. Əgər qazi aşağıdan yuxarıya qədər problemini həll edə bilmirsə deməli nəsə düz getmir.

Onlar nə istəyir ki? Pensiya? Heç nəyə baxmadan verin! Sığorta? Qurbandır onlara sığorta! Pul? Mənim və milyonlarla işçilərin ödədiyi vergidlərdən nə qədər lazımdır verin onlara!…
Verin!
Nə istəyirlər, Verin! Onlar bunu haqq ediblər. Ömürlərinin sonuna qədər.
Həmin kadrlarda başını polisin çiyininə qoyub ağlayan qazi və onu qucaqlayan polisin göz yaşları içində Qaziyə “belə eləmə, qardaş” dediyi kadrlar adamın ürəyini parçalıyr.
İmkan verməyin yağı düşmənin anasını ağlar qoyan Qazilərimiz daş qəlbli məmur biganələyinə, brukorat siçovullara görə, qəbul otaqlarında ağlasınlar!

Xəqani Səfəroğlu

Azpost.info saytının baş redaktoru