Nəhəng “su aslanı”: türk zəkası ingilisləri necə heyran qoydu?

  • By admin
  • 06 Mart 2022 10:36

Dünyanın ilk bərəsinin Osmanlı İmperiyası dövründə türklər tərəfindən tikildiyini bilirsinizmi?

Gununsesi.info xarici KİV-lərə istinadla xəbər verir ki, 1800-cü illərdə İstanbul Boğazının hər iki tərəfində daşımalar sadə qayıqlar vasitəsilə həyata keçirilirdi. 1840-cı illərdə kiçik vaporlar boğazda daşıma xidməti göstərməyə başlayır. 1850-ci ildə isə “Şirkəti- Xeyriyyə”nin qurulması ilə İstanbul əhalisinə daha böyük bərələr vasitəsilə dəniz nəqliyyatı xidməti göstərilməsinin əsası qoyulur.

Şirkətin rəhbərlərindən biri olan Hüseyn Haqqı Əfəndi yenilikçi bir insan idi və uzun illərdir Boğazda xüsusilə nəqliyyat vasitələrinin daşınmasını asanlaşdıracaq bir həll yolu axtarırdı. Şirkətin memarı ilə birlikdə bir il ərzində çalışaraq həm irəli, həm də geri gedə bilən, göyərtəsi düz, üzərində insanların da daşınması üçün ərazisi olan, hər iki ucunda qapaqların olduğu bir bərə dizaynı hazırlayırlar.

Həmin dizaynı İngiltərədəki gəmiqayırma zavoduna göndərirlər. İngilislər dizayna heyran qalır.

İnşası təxminən 2 il davam edən, 1871- ci ildə başa çatan bərəyə “Suhulet” adı verilir ki, bunun da mənası “rahatlıq” deməkdir. İlk səfərini

1872-ci ildə Üsküdarla Qabadaş arasında reallaşdıran “Suhulet” İstanbul Boğazının hər iki tərəfində 89 il xidmət göstərir. Xalq arasında bu bərənin ikinci adı “nəhəng su aslanı” olaraq anılır.

Gununsesi.info