“Nəinki təxribatlara cavab verməyə, daha geniş miqyaslı döyüşlərə hazırıq"- Əli Əhmədov cəbhədəki gərginlikdən danışdı

  • By admin
  • 25 Fevral 2017 13:34

ali_ahmadov_111213

“Ermənilərin cəbhədə təxribat törətməsi ilk dəfə deyil. Onlar müxtəlif bəhanələrlə həmişə belə təxribatlara əl atırlar. Görünür ki, erməni tərəfi təxribatlar törətmək vərdişindən əl çəkmək istəmirlər”.

Gununsesi.info-nun məlumatına görə, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi Əli Əhmədov cəbhədə vəziyyətin gərginləşməsi barədə məlumatlara münasibət bildirərkən deyib.

Ə. Əhmədov qeyd edib ki, ermənilərin cəbhədə təxribatı məhz Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində törətmələri onların xislətindən xəbər verir: “Əminəm ki, Azərbaycan Ordusu, qəhrəman əsgərlərimiz həmişə olduğu kimi, bu dəfə də erməni təxribatına layiqli cavab verəcək, düşmən itkilər verərək, təxribat törətdiyinə görə peşman olacaq.

Azərbaycan ordusu kifayət qədər güclü və qətiyyətlidir, döyüş qabiliyyəti yüksəkdir. Ordumuz nəinki hansısa təxribatlara cavab verməyə, daha geniş miqyaslı döyüşlərə hazırdır”.

Gununsesi.info