Nənə və xala anası vəfat edən uşağı küçəyə atıb - MƏNZİLİ ƏLİNDƏN ALINAN 14 YAŞLI TEYMUR QONŞULARDA GECƏLƏYİR/ VİDEO

  • By admin
  • 13 May 2022 11:14

14 yaşlı Hüseynli Teymur Elçin oğlu Bakıda mənzili olsada küçədə yaşayır. Buna səbəb isə anasının vəfatından sonra nənəsinin və xalasının onu mənzilindən çıxarmasıdır. 

Bu barədə Gununsesi.info-ya insan haqları fəallarının təqdim etdiyi bu materialda qeyd olunub.

Redaksiyamıza təqdim olunan video açıqlamasında Teymur anasından ona qalan mənzilin xalası tərəfindən kirayə verilməsindən danışıb. O, bildirib ki,

anası 2017-ci ildə onkoloji xəstəlikdən vəfat edib. Bir müddət öz mənzillərində nənəsi ilə yaşayıb.

Sonradan xalası nənəsini öz evinə aparıb və Teymuru da küçəyə atıb.

Teymurun gecə saatda binanın blokunda görən qonşular onu mənzillərinə dəvət edib. İndi məhlə dostları növbə ilə Teymuru öz mənzillərində gecələmək üçün saxlayırlar.

Araşdırmamız zamanı bəlli olub ki, Teymurun anasından ayrılmış Elçin adlı atası Bakıda yaşayır. Qonşular bu barədə də ona məlumat versəllər  də özünə başqa həyat quran ata övladı ilə  maraqlanmayıb.

Düşdüyü mövcud  durum Teymurun təhslini də yarımçıq qoyub.  Çünki, kitabları, geyimləri xalasının evində olduğundan onları götürə bilmir.

Gunay Təhməzova

Gununsesi.info