Xalq şairi Nəriman Həsənzadə hələ də reanimasiyadadır.
Bu barədə Gununsesi.info-ya müalicəsi Mərkəzi Klinikada aparılan şairin köməkçisi, Əməkdar incəsənət xadimi Arif Mehmandost məlumat verib.
“Nəriman Həsənzadənin müalicəsi hələ də Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır-stabil olaraq qalsa da, ümumilikdə müsbətə doğru irəliləyiş müşahidə olunur”, – o deyib.
Xatırladaq ki, 95 yaşlı N.Həsənzadə iyunun 26-sı xəstəxanaya yerləşdirilib. (Qafqazinfo.az)












