Nərimanov rayonunda yanğın oldu

  • By admin
  • 13 Noyabr 2022 09:34

Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 130 m² olan kafenin içərisində 1 ədəd divan və divara quraşdırılan 3 ədəd elektrik sobası yanıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yüksək temperaturdan 1 ədəd kondisionerin üzlüyü əriyib.

Kafe yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info