Nərimanovda mebel sexi yandı

  • By admin
  • 27 İyul 2022 10:23

Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 3000 kv.m (hər mərtəbəsi 1500 kv.m) olan ikimərtəbəli mebel sexinin 2-ci mərtəbəsində taxta yonqarı və tullantıları 40 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, sexin qalan hissəsi və 6 ədəd dəzgah yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info