“Xəzər TV”nin iki rəhbər işçisi tuduğu vəzifədən uzaqlaşdırıldı

  • Müəllif: admin
  • 05 İyul 2018 13:10

“Xəzər TV”nin iki rəhbər işçisi tuduğu vəzifədən uzaqlaşdırıldı

“Xəzər” telekanalında kadr dəyişikliyi baş verib. Gununsesi.info axşam.az-a istinadən xəbər verir ki, bu saatlarda telekanalda proqramlar departamentinin rəhbəri vəzifəsində çalışan Kənan Bayramov işindən uzaqlaşdırılıb.

Eyni zamanda aparıcı Nəsib Nur da vəzifəsindən azad edilib.

Qeyd edək ki, Nəsib Nur “Xəzər” FM-də direktor vəzifəsində çalışırdı. Daha sonra o, yeni yaradılan “Dalğa” TV-yə yaradıcılıq üzrə rəhbər təyin edilmişdi.

***

Aparıcı Nəsib Nur “Qafqazinfo”ya açıqlamasında xəbəri təsdiqləyib. O, Kənan Bayramovla birgə vəzifədən getdiyini bildirib.