Nəsimidə Müəllimlər Günü qeyd olundu - FOTOLAR

  • By admin
  • 05 Oktyabr 2019 15:23

Nəsimi Rayon İcra Hakimiyyətində 5 oktyabr – Beynəlxalaq Müəllimlər Günü münasibəti ilə tədbir keçirilib.

Gununsesi.org-un məlumatına görə, tədbiri giriş sözü ilə  açan  icra başçısı Asif  Əsgərov ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilinə olan diqqət və qayğısından, Prezidenti İlham Əliyevin rəhbərliyi altında son illər respublikamızda tikilən və əsaslı təmir olunan təhsil müəssisələri, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan  addımlar,  təhsilinin inkişafında  xüsusi xidmətləri olan Birinci vitse-prezident Mehriban Əliyevanın gördüyü işlər və ötən təhsil ilində rayonun təhsil müəssisələrinin uğurları barədə danışıb.

Tədbirdə millət vəkilləri  Ziyad Səmədzadə, Məlahət İbrahimqızı və Nəsimi rayon təhsil işçiləri  çıxış edərək təhsilə, təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya  öz dərin minnətdarlıqlarını və ehtiramlarını  bildiriblər.

Tədbirin sonunda  iştirak edən  təhsil işçilərinə İcra Hakimiyyəti tərəfindən hədiyyələr  təqdim olunub. Tədbir 2 və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin  rəqs qruplarının maraqlı rəqsləri ilə  ilə davam edib.