Nəsrin Cavadzadə Bakıda - FOTOLAR

  • By admin
  • 21 İyun 2022 11:45

Xəbər verdiyimiz kimi, Türkiyədə yaşayan həmyerlimiz, məşhur aktrisa Nəsrin Cavadzadə Azərbaycana gəlib.

Gununsesi.info xəbər verir ki, azərbaycanlı aktrisa instaqramda Bakı gəzintisindən fotolar paylaşıb.

O, Dənizkənarı Milli Parkda yerləşən “Şeytan çarxı” attraksionu, Heydər Əliyev Mərkəzi və Qız Qalasının qarşısında çəkdirdiyi fotoları paylaşaraq yazıb: “Şəhərlərin gözəli, gözəllərin şəhəri Bakı…”

Xatırladaq ki, aktrisanın Bakıya gəlişinin səbəbi yerli ətir brendinin Şuşada çəkilən reklam çarxı olub.

Gununsesi.info