Nazim Bəydəmirliyə qarşı ittiham ağırlaşdırılıb

  • By admin
  • 01 Sentyabr 2023 18:56

Nazim Bəydəmirliyə qarşı ittiham ağırlaşdırılıb

Gununsesi.info xəbər verir ki, hazırda həbsdə olan sabiq deputat, iş adamı Nazim Bəydəmirliyə qarşı ittiham ağırlaşdırılın.

Bu barədə Gununsesi.info -ya sabiq depitatın vəkili Aqil Layic deyib:

“Güya, 1996-cı ildə Rusiya Federasiyasının Lipetsk şəhərində kimdənsə hədə qorxu ilə pul tələb edib. Nəticədə hədə-qorxu ilə tələb etmənin alt bəndinə əsasən, hədə-qorxu təkrarən tələb etmə maddəsilə, yəni AR CM-nin 182.2.2-ci maddəsiylə yenidən ittiham irəli sürüldü. Özü bu ittihamların hamısını qondarma hesab edir. Qeyd edir ki, o ekologiya məhbusudur və həbsinin səbəbi Söyüdlü hadisələrini pərdələmək üçündür”.

Qeyd edək ki, Nazim Baydəmirli Söyüdlüdə vətəndaşların ekoloji fəlakətlərlə bağlı aksiyalarını dəstəkləyən bəyanatlar vermişdi.

Baydəmirli bu bəyanatlarından sonra özünün şikayətçi olduğu iş üzrə özü həbs edilib.

 

Elmar

Gununsesi.info