
Bu gün axşam saatlarında Xaçmaz rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Gununsesi.org bildirir ki, hadisə rayonun İstisu qəsəbəsində baş verib.
Yolu keçmək istəyən Xaçmaz şəhəri sakini, 1961-ci il təvəllüdlü Nurməhəmməd Sabir oğlu Seyidəliyev avtomobil zərbəsi nəticəsində hadisə yerində dünyasını dəyişib.
Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü İbrahim Arif oğlu Şahbazov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.