Nadir Adilov Komitə üzvü SEÇİLDİ

  • By admin
  • 16 Sentyabr 2020 20:52

Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi və Sosial Şurasının (ECOSOC) sentyabrın 14-də keçirilmiş iclasında BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinin 2021-2024-cü illər üzrə üzvlüyünə seçkilər keçirilib.

Gununsesi.info xəbər verir ki, seçkilərin nəticələrinə əsasən, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədrinin müşaviri Nadir Adilov Komitənin üzvü seçilib.

Qeyd edək ki, 1985-ci ildə təsis edilmiş Komitə İqtisadi, Sosial və Mədəni hüquqlar haqqında Beynəlxalq Paktın müddəalarının həmin Pakta tərəf dövlətlər tərəfindən icrasının monitorinqini aparır.

18 üzvdən ibarət olan Komitəyə ilk dəfədir ki, Azərbaycan nümayəndəsi üzv olaraq seçilib.

Qeyd edək ki, Nadir Adilov Nadir Adilman psevdonimi ilə Azərbaycan və bir çox ölkələrdə nəşr edilən kitabların müəllifidir. Onun biznes inkişafı üzrə yazdığı kitablar bestseller kitablar sırasında yer alır.

Gununsesi.info