Nadir görünən mənzərə - AĞ GÖY QURŞAĞI

  • By admin
  • 26 Noyabr 2016 15:02

aq-goy

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Melvin Nikolson adlı fotoqraf Şotlandiya dağlarını səyahətə çıxdığı zaman olduqca maraqlı hadisə ilə qarşılaşıb.

Fotoqraf fırtınanın arasından görünən ağ göy qurşağının fotoşəkillərini çəkib.

Melvin Nikolson Şotlandiyanın qərbində yerləşən Rannoç Morda müşahidə olunan nadir təbiət hadisəsini mükəmməl mənzərə kimi şərh edib.

O, bildirib ki, rəngsiz bəyaz göy qurşağı, əslində, kiçik su damlalarının yaratdığı dumandan ibarətdir.

Nigar Cəfərli

Gununsesi.info