Nadir muzeydə işdən çıxarılan qadından yazdı - Video

Xəbər verdiyimiz kimi, türkiyəli turist Naxçıvanda Bayraq müzeyində təhqirə məruz qalıb. Elif adlı Türkiyə vətəndaşı bununla bağlı görüntüləri sosial şəbəkələrdə paylaşıb. Sözügedən hadisə ilə bağlı ölçü götürülüb, muzeyin əməkdaşı Məhərrəmli Asudə işdən çıxarılıb.

Gununsesi.info xəbər verir ki, müğənni Nadir Qafarzadə bununla bağlı paylaşım edib. O,işdən çıxarılan qadının müdafisəinə qalxıb.

“İnanmıram ki, bu hadisə Türkiyədə baş versəydi işçini vəzifəsindən azad edərdilər. Heç vaxt. Bir də ki, bu yazıq qız turistə nə dedi ki? Naxçıvanlı, azərbaycanlı xanım… Yenə bir qadın işsiz qaldı. Şəxsən mən təhqir eşitmədim. Bir də hər türk dilində danışan, Türkiyə vətəndaş olana türk demək deyil” deyə, Nadir paylaşımında yazıb.

Ona şərh yazan müğənni Xatirə İslam isə “Yenə səhər-səhər əsəbiləşdim” sözlərini əlavə edib.