Nadir Qafarzadə etiraz etdi - FƏXRİ AD ALA BİLMƏMƏSİNƏ GÖRƏ (VİDEO)

  • By admin
  • 28 May 2018 17:23

Prezidentin bir qrup mədəniyyət və incəsənət adamlarına fəxri adlar verilməsi  ilə bağlı sərəncamından kənarda qalan məşhur müğənni Nadir Qafarzadə sosial şəbəkədəki hesabında buna etiraz edib.

GUNUNSESİ.İNFO-nun xəbərinə görə, o bildirib ki, hər zaman prezident seçkiləri, ulu öndərin doğum günü, hərbi hissələr və müxtəlif  dövlət tədbirlərində təmannasız oxuyub amma bunu nəzərə alan olmayıb: “Yenə də halal xoşları olsun. Gördüm ki, ölkəmizdə haqsızlıq baş alıb gedir. İndi mən bilmirəm ki, məni buradan hara aparacaqlar. Bu da gözləniləndir”.

GUNUNSESİ.İNFO həmin çıxışı təqdim edir: