Müğənni Nadir Qafarzadə “Lider maqazin”ə müsahibəsində ünvanına səslənən “qalmaqallı ifaçı” kəlməsinə aydınlıq gətirib.
Gununsesi.info muztv-yə istinadən xəbər verir ki, müğənni “Bir dəfə aparıcılardan biri deyir ki, türkiyəli müğənnilər alqışlanır, bizimkilər yox. Mən də dedim ki, məni “Nadir Sandal, Sapok” kimi təqdim edin. Mənə heç bir ad lazım deyil, ana-atamın qoyduğu ad bəsimdir.
Əjdaha deyirlər, ona bənzəyirəm. Həmişə haqq-ədalət tərəfdarı olmuşam, düz danışmışam. Bunu da qalmaqal kimi qəbul ediblər. Əgər mən ünvanıma deyilən sözlərin cavabını verməsəydim, bu gün burda olmazdım” söyləyib.
Gununsesi.info