Müğənni Nadir Qafarzadə Sevil-Sevinc Səfərova bacılarının Xəzər telekanalında yayımlanan “Hər şey daxil” verilişində qonaq olub.
Gununsesi.info-nun muztv-yə istinadən verdiyi məlumata görə, müğənni gələcəkdə oğluna seçəcəyi xanımdan danışıb:
“Mən əvvəl fikirləşirdim ki, özüm alacam, amma indi gəlin seçməyə qorxuram. Zaman o qədər dəyişib ki, adam qalır ki, kimi alasan, kimin qapısına gedəsən. Bilirsən, gəlin almaq da qarpız, qoz kimi bir şeydir. Üzdən qəşəngdir, amma sındırırsan, içi çürük çıxır. Baxın o seçim var da. Mən də kəsib ata bilmərəm ki, valideynləri adama deyər mənim qızım sizin üçün nədir ki? Zəmanə çətindir, nə yalan deyim, mən istəyirəm ki, evimə pak qız gəlsin. Başqasının artığını evimə gəlin gətirə bilmərəm, yoxsa o gün özümü asaram. Oğlum elə birisini qəbul etsə, oğluma da, gəlnimə də tüpürərəm. Deyərəm ki, oğlum yaşa, amma mənsiz, mənim evimdə, mənim ocağımda olmaz. Mənim evimdə artıq tikə olmaz. Şərtlərim budur, kasıb olsun, yetim olsun, amma təmiz qız olsun. Kasıblıq ayıb deyil ki, mən də kasıb olmuşam. Amma rüsvaylıq ayıbdır. Ona görə də mən bu məsələdə ehtiyat edirəm. İndi qalır öz seçimlərinə, istəsələr, mənim də sözümə qulaq asarlar. İnşAllah Allah məni bu arzuma da çatdırar, evimə gəlin yox qız gələr. Mənim qızım yoxdur, ona görə də qız üçün burnumun ucu göynəyir. Amma qohumdan da qız almaq istəmirəm. Qohum nə qədər olar, başqa adamlarla, yad adamlarla qohum olmaq istəyirəm, nəsil artsın. Heç nəslimizdə qız doğan da yoxdur ki, hamı oğlan doğur”.
Gununsesi.info