
Nadir Qafarzadə İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür etdi
Gununsesi.info xəbər verir ki, müğənni, “İnstagram” səhifəsi vasitəsilə Prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyevaya müraciət edib:
“Hər şey üçün çox sağ olun. 10000 məhbusu sevindirdiniz və doğmalarına qovuşdurdunuz. Xanım Mehriban Əliyeva və Cənab İlham Əliyev!”
Bildirək ki, millət vəkili Mehriban Əliyeva 28 May – Respublika günü münasibətilə “Amnistiya Aktı Haqqında” qanun layihəsinin qəbul edilməsi ilə bağlı Milli Məclisə müraciət etmişdi. Aktın dairəsinə 10000 nəfər düşmüşdü.
Sevinc Xeyrulla