“Naftalan” SM ilə Bakı şəhər DYP arasında məhkəmə çəkişməsi davam edir

  • By admin
  • 14 Sentyabr 2016 11:56

naftalan

“Naftalan Sağlamlıq Mərkəzi”nin 1 hektar torpaq sahəsinin  Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən zəbt edilməsi ilə bağlı 1 saylı inzibati-iqtisadi məhkəməsində də növbəti proses keçirilib.

HTML tutorial

Gununsesi.info-nun məlumatına görə, indiyədək  keçirilən 3 prosesdə sahibkarın şikayətinə inzibati qaydada baxılıb. Lakın sonradan Sağlamlıq Mərkəzinin vəsatəti əsasında işə iqtisadi qaydada baxılması təmin edilib. Hakim Vüsalə  Baxışovanın sədrliyi ilə keçirilən prosses, sahibkarın məhkəmə bitənədək ərazidə yerləşdirilən dayanacağın fəaliyyətinin dayandırılması ilə bağlı iddiası təmin edilməyib.

Sağlamlıq Mərkəzinin vəkili Taleh İbrahimovun sözlərinə görə, Dövlət Yol Polisi İdarəsi sahibkarın  ərazisini zəbt edib: “Halbuki həmin ərazi 10 ildir ki, 99 illik müqavilə ilə bizim icarəmizdədir. Əraziyə görə müəyyən məbləğdə pul ödənilib. İndi Bakı Şəhər Dövlət Yol Polis İdarəsi orada avtodayanacaq tikib. Hamarlama zamanı “Naftalan” Sağlamlıq Mərkəzinin əməkdaşları tərəfindən əkilən ağaclar torpaq qatının altında qalıb. Baş idarəyə müraciət edib tikintiyə dair onlardan sənəd tələb edilsə də, oradan cavab olaraq, heç bir rəsmi sənəd təqdim edilməyib. Bundan əlavə həmin ərizdən havadan 220 min volt, yeraltı isə 120 min voltluq yüksək gərginlikli elektrik xətti keçir ki, bu da sonradan faciyəyə gətirib çıxaracaq fəsadlar tərədə bilər. Sahibkar İbadulla İbrahimovun bu məsələ ilə bağlı, aidiyyatı nazirliklərə müraciəti isə cavabsız qalıb”

Məhkəmənin baxış icasında  söz alan, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin vəkili bildirib ki, Sağlamlıq Mərkəzinin əlində olan sənədi əsassız hesab edib. O,  bu ərazinin Yasamal rayonunun inzibati ərazisi olduğunu bildirib.

Maraqlıdır ki, işə 1 saylı İnzibati-iqtisad Məhkəməsində baxıldığı ərəfədə , Yol Polisi İdarəsi tərəfindən Yasamal rayon Məhkəməsinə müraciət edilərək, Səbail bələdiyyəsinin Naftalan Sağlamlıq Mərkəzinə verdiyi rəsmi sənədin ləğvini tələb edib. Lakin Yasamal rayon  Məhkəməsində hakim Toğrul Axundovun sədrliyi ilə 18.07.2016-cı il tarixdə keçirilən prosesdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şikayəti təmin edilməyib. Məhkəmənin qərarından narazı qalan Baş idarə, qərardan apellyasiya şikayəti verib. Apellyasiya məhkəməsi də, Yasamal rayon məhkməsinin Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə qarşı çıxardığı qərarı qüvvədə saxlayıb.

Hakimin cavabdeh tərəfdən, ərazinin zəbti ilə bağlı rəsmi sənədləri məhkəməyə təqdim edilməsiylə bağlı vəkilə ünvanladığı sual isə cavabsız qalıb.

Prosesi sentyabrın 23-də öz işini davam etdirəcək.

Gülnaz Qənbərli

Gununsesi.info