Naftalanda mənzildə qadın meyiti tapılıb.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Naftalan şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1953-cü il təvəllüdlü Hüseynova Firuzə Qasım qızının meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Gununsesi.info