Naftalanda mənzildə qadın meyiti tapılıb

  • By admin
  • 03 Fevral 2017 20:52

meyid

 

Naftalanda mənzildə qadın meyiti tapılıb.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Naftalan şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1953-cü il təvəllüdlü Hüseynova  Firuzə  Qasım qızının meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

 

 

Gununsesi.info