Naftalanda Milli Qurtuluş günü qeyd edilib - FOTOLAR

  • By admin
  • 15 İyun 2022 12:54

Naftalanda 15 İyun – Milli Qurtuluş günü qeyd edilib. Tədbirdə ŞİH – nin başçısı Vüqar Novruzov, YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, şəhər Ağsaqqallar Şurasının sədri Möhübbət Bədəlov, Azərbaycanın Milli Qəhrəmanı Niyazi Aslanovun xanımı Rübabə Aslanova, hüquq mühafizə orqanlarının və şəhərin idarə, müəssisə rəhbərləri iştirak edib.

Tədbir iştirakçıları öncə Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, əziz xatirəsinə ehtiramlarını bildiriblər.

ŞİH-də davam edən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azazdlığı uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ŞİH-nin başçısı bu ələmatdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edərək Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, Ulu Öndər Heydər Əliyevin vətəni və xalqı qarşısında əvəzolunmaz xidmətlərindən söz açıb, bildirib ki, dünya müstəqil Azərbaycanın qüdrətini Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 gün ərzində işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsində aydın gördü.

Çıxış edən digər natiqlər qeyd ediblər ki, bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan müstəqil dövlət olaraq  dünya ölkələri sırasında  dinamik  inkişaf edərək, qazandığı uğurlarla dünyada söz sahibi olan  güclü  dövlətə çevrilmişdir.

Sonda məktəblilərin ifasında  “Milli Qurtuluş Günü Azərbaycanın xilas günüdür” mövzusunda  ədəbi-bədii kompozisiya dinlənilib.

ŞİH tərəfindən “15 İyun – Milli Qurtuluş Günü” münasibətilə bir qrup iştirakçılar Fəxri Fərman və Təşəkkürnamələrlə təltif olunublar.

Gununsesi.info