Naftalanda növbəti onlayn qəbul keçirilib

  • By admin
  • 26 Yanvar 2022 15:07

Mövcud pandemiya qaydalarına əməl olunmaqla keçirilən qəbul zamanı şəhər və kəndlər üzrə qəbula yazılmış sakinləri narahat edən məsələlər, onların müraciətləri və irəli sürdükləri təkliflər şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov tərəfindən dinlənilib.

Gununsesi.info xəbər verir ki, vətəndaşlar tərəfindən səsləndirilən fikirlər, müraciətlər və problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib.

Qəbulda iştirak edən sakinlər müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bidirərək onlara yaradılan şəraitə görə Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Gununsesi.info