Naftalanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində veloyürüş keçiriləcək

  • By ilhame
  • 29 İyun 2024 20:27

Naftalanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində veloyürüş keçiriləcək.

Gununsesi.info-nun Qərb bürosunun məlumatına görə, verloyürüş Naftalan Şəhər İcra Hakimiyyəti, Azərbaycan Velosiped Federasiyası və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə baş tutacaq.

Naftalan-Suqovuşan-Naftalan Veloyürüşü 30 iyun 2024-cü il tarixdə saat 09:00-da başlanğıc nöqtəsi Naftalan şəhəri olmaqla Suqovuşan istiqamətində davam edəcək və finiş nöqtəsi Naftalan şəhərində başa çatacaq.

Gununsesi.info