Tanınmış bloger cütlük Fərid və Nagehan Abdullayevaların yenə ayrıldıqları iddia edilib.
Gununsesi.info xəbər verir ki, onlar instaqram səhifəsindən bir-birini izləmədən çıxardıb və birlikdə olan fotolarını siliblər.
Nagehan uzun müddətdir Türkiyəyə gedərək, İstanbulda ailəsinin yanında yaşayır. Fərid isə hazırda tək istirahətə yollanıb. Cütlüyün iki övladı da anası ilədir.
İzləyicilər Nagehanın paylaşımına ayrıldıqları haqda şərhlər yazıblar. Nagehanın boşanma haqqında statusları da diqqət çəkib. O, instaqramda canlı yayımda ayrıldıqlarını təsdiqləyib. Bildirib ki, bu dəfə boşanmaqda qərarlıdır və barışmağı düşünmür.
Qeyd edək ki, Fərid və Nagehan Türkiyədə evlilik proqramında tanış olub, ailə qurublar. Cütlüyün iki övladı var. Onlar 2021-ci ildə ayrılmış və yenidən barışmışdı.