Nağıl kimi şəhər - FOTO

  • By admin
  • 12 Noyabr 2016 13:00

seher1

Sadəcə Avropanın deyil, bütün dünyanın həsəd apardığı, rəngləri, küçələri, insanları və bambaşqa həyat tərzi ilə seçilən Provans şəhəri Avropanın ən gözəl yerlərindəndir.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Fransanın cənub-şərqində yerləşən bu şəhəri təbiəti və tarixi ilə estetik baxımdan açıq hava muzeyi hesab etmək olar.

Russel Krouvun “A good year” adlı filminin çəkildiyi şəhərin küçələri izləyicilərin diqqətini cəlb etmişdi. Son illərdə tez-tez ziyarət olunan Provans elit və estetik həyat tərzi ilə seçilir.

Qədim zeytun ağacları, mavi göy üzü, dəniz, ətri ilə insanı bihuş edən lavanda tarlaları ilə bəzənmiş şəhər sanki rəssam əlindən çıxıb.

Kökü tarixə söykənən mədəniyyətin təsiri nəticəsində özünəməxsus gözəlliyə sahib Provans daş, taxta, gil kimi təbii materiallardan hazırlanan tikililəri ilə sanki nağıla bənzəyir.

seher

Nigar Cəfərli

Gununsesi.info