Əfvlə bağlı ictimai dinləmələrə ehtiyac var - NAQİF HƏMZƏYEV

  • By admin
  • 17 Sentyabr 2020 16:13
Milli Məclisin İnsan Hüquqları Komitəsinin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev bəzi təkliflərlə çıxış edib.
Gununsesi.info-nun xəbərinə görə, deputat komitə iclaslarının birinin və dinləmələrin bəzilərinin regionalarda keçirilməsini təklif edib.
Əfv məsələləri ilə bağlı müəyyən problemlərin də olduğunu bildirən Naqif Həmzəyev qeyd edib ki, cəza cinayətə adekvat olmalıdır: ”Bu gün aparılan təhlillər göstərir ki, cinayət törədən şəxslərə bəzən ağırlaşdırılmış cəzalar verilib.  Bəzi şəxslərin isə adlarının əfv siyahısına düşməsinin qarşısı qərəzlı şəkildə alınıb. Bu məsələ ilə bağlı dinləmələr keçirməyi təklif edirəm. Hesab edirəm ki, buna ehtiyac var”.
Günay Təhməz
Gununsesi.info