Nahidə Orucova rejisorun ölümündən danışdı: "Qucaqlayanda gördüm köynəyi sudu"

  • By admin
  • 20 Sentyabr 2016 11:36

nahide 

Məlum olduğu kimi dünən rejissor Ələkbər Kazımovski aktrisa Nahidə Orucovanın yubiley tədbirində qəfl dünyasını dəyişib.

Gununsesi.info xəbər verir ki, rejissor dünyasını dəyişəndən sonra tədbirin davam etdirilməsi aktrisa Nahidə Orucovanı qınaq obyektinə çevirib. Bu barədə aktrisadan açıqlama aldıq. Nahidə xanım olanları xırda detallarına qədər bizimlə bölüşdü.

– Dünən Ələkbər müəllim tədbir başlamamış gəldi. Görüşdük, təbrik etdi məni dedi ki, bu tədbirə səni çox istədiyimə görə gəlmişəm. Qucaqlayanda gördüm köynəyi sudu. Soruşdum ki, yağış yağır? Dedi yox tələsik gəldim tərləmişəm. Məhərrəm müəllimin yanında əyləşdirdim dedim su için özünüzə gəlin. Elə təzəcə aralanmışdım gördüm Ələkbər müəllim başını Məhərrəm müəllimin çiyninə qoydu. Təcili yardım gəlsə də kömək edə bilmədi artıq keçinmişdi.

Nahidə xanım, deyirlər Ələkbər müəllim dünyasını dəyişəndən sonra tədbir öz axarında davam edib. Doğrudur?

-Yalandır. Elə şey olarmı? Mən onu çox istəyirdim. Hamımız pis vəziyyətdə idik. Bizim tədbir iki saat yubandı. Hamımız təlaşda idik. Ələkbər müəllimin nəşi hələ yerdə idi yoldaşı mənə yaxınlaşdı dedi ki, Nahidə, o səni çox istəyirdi istəməzdi ki, sənin tədbirin yarımçıq qalsın. Bizə görə qonaqları geri göndərmə. İndi də dünən olanlara inanmağım gəlmir.

Sizi qınayanlar çoxdu.

– Məni qınayanlar boşboğaz insanlardır. Başımıza nə gələcəyindən xəbərsizik. Onsuz da xeyirlə şər dostdur deyiblər. O qədər insan gəlmişdi. Mən necə onları geri göndərərdim?mümkünsüz idi. Hamı oturub-yeyib içirdi. Aktyorlar, müğənnilər hamısı tanınmış insanlar idi. Onların arasında dünyasını dəyişmək də hər kəsə nəsib olmur. Ələkbər müəllim də öz sənət dostlarının arasında idi.

Gununsesi.info