Nahid Emiloğlu “Bandotdel” tərəfindən saxlanılıb - O, SAXTA BİLET SATMAQDA GÜNAHLANDIRILIR

  • By admin
  • 07 İyul 2017 09:48

nahid_emiloglu_000

Tanınmış təşkilatçı, “Səs music organization”nun rəhbəri Nahid Emiloğlu (Şükürov) tutulub.

Gununsesi.info Criminal.az-a istinadən məlumatına görə, N.Emiloğlu Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşları tərəfindən saxlanılıb.

N.Emiloğlu türk müğənni Rafet El Romanın və Damlanın iyun ayında keçiriləcək konsertləri üçün saxta bilet satışı etməkdə günahlandırılır.

Gununsesi.info