Naibə Allahverdiyevadan onun barəsində yazılanlara SƏRT REAKSİYA

  • By admin
  • 18 İyul 2022 13:32

Xalq artisti Naibə Allahverdiyeva onun barəsində yazılanlara sərt cavab verib.

Publika.az-a açqlama verən Xalq artisti onun barəsində fikir bildirənləri tanımadığını deyib.

“Mən sənətdə öz sözünü demiş aktrisalardanam. Onların danışmağa haqqı yoxdur. Bizim səviyyəmizə gəlib çatsınlar, sonra danışarlar”, – aktrisa əlavə edib.

Qeyd edək ki, aktyor Cavidan Novruz xalq artisi haqqında bunları demişdi:

“Vallah “Komedixana” nə qədər bu sənətdə olan adamların “gözünə girir”? Fikir verirəm ki, cavanlıqda uğur qazana bilməyənlər indi bizə söz atır. İndi də “Tomka maçi” sözləri ilə məşhurlaşan sənətkar nəsə deyir. Eybi yox, onun nəsə deməsi elə də təsir etmədi, amma bunu da deyim: Çox ucuzsunuz, çox! Sizə elə məqam lazım imiş. Heç cür yaşınızla, uğursuzluğunuzla barışa bilmədiniz. Müdrikləşə bilmədiniz. Çox təəssüf. Bunları ümumi dedim”.

Gununsesi.info