Nailə İslamzadə: Sizi yarı yolda qoyana...

  • By admin
  • 24 Noyabr 2021 16:32

Əməkdar artist Nailə İslamzadə hesab edir ki, insan bütün hallarda ən böyük şansı özünə verməlidir.

Gununsesi.info xəbər verir ki, aparıcı instaqramda bu barədə yazıb. O bildirib ki, bizi yarı yolda qoyan insanlardan ehtiyatlı olmalıyıq:

“Bir tanışım məsləhət istədi: 2-ci şans verdim olmadı, 3-cü şans istəyir, verimmi?

Dostlar! O şansı yenidən başlamaq üçün özünüzə verin! Sizi yarı yolda qoyana, ruhunuzu incidənə yox, yeni biri ilə yenidən başlamaq üçün özünüzə verin o şansı, lütfən! Yenidən yalnız yeni insanlarla başlamaq olar!”

Gununsesi.info