Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) başçısı Edvard Nalbandyan cümə günü ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqlandla görüşüb.
Gununsesi.info-nun məlumatına görə, xəbəri Ermənistan XİN-in mətbuat xidməti yayıb.
Görüşdə tərəflər Qarabağ probleminin nizama salınması prosesində sülhə nail olunması üçün mövcud şəraitdə atılan addımları müzakirə ediblər.
Gununsesi.info