

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Hamburqda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcəyini istisna etməyib.
Gununsesi.info xəbər verir ki, bunu Ermənistan XİN başçısı E. Nalbandyan “Azadlıq” radiosuna açıqlamasında deyib.
“Elmar Məmmədyarovla görüşü istisna etmirəm, ancaq hələlik görüşün olması dəqiq deyil və bu məsələ təsdiqlənməyib”- deyə, E.Nalbandyan bildirib.
Qeyd edək ki, Azərbaycan XİN başçısı Elmar Məmmədyarov bu gün jurnalistlərə açıqlamasında deyib ki, erməni həmkarı ilə görüş barədəhələ razılıq vermədiyini dilə gətirib.
ATƏT MQ həmsədrlərinin oktyabrın 22-də bölgəyə səfəri zamanı amerikalı həmsədri Ceyms Uorlik dekabrda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü olacağını dilə gətirib.
Dekabrın 8-də Hamburqda ATƏT Xarici İşlər nazirləri Şurasının növbəti toplanıtısı keçiriləcək və orada MQ həmsədrləri ilə görüşü istisna deyil.
Mürtəza
Gununsesi.info