
Yaponiyanın Kanaqava prefekturasının Saqamihara şəhərində bıçaqla silahlanmış naməlum şəxs məhdud qabiliyyətli insanların yaşadığı sosial müəssisəyə hücum edərək 19 nəfəri qətlə yetirib, 45 nəfəri yaralayıb.
Bu barədə Gununsesi.info RİA Novosti-yə istinadən xəbər verir.
Cinayət törədən 26 yaşlı bir şəxs olub. Hadisədən yarım saat sonra özü polisə gəlib və təslim olub.
O bildirib ki, əvvəllər həmin internatda çalışıb.
Gununssi.info