Naməlum şəxs “Azneft” yaxınlığında özünü dənizə atıb

  • By admin
  • 08 Yanvar 2018 17:36

Bir neçə dəqiqə əvvəl Səbail rayonu ərazisində hələlik şəxsiyyəti bəlli olmayan bir şəxs intihar edib.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, həmin şəxs “Azneft” meydanı yaxınlığında özünü dənizə atıb.

Hazırda onun meyitinin dənizdən çıxarılması üçün aidiyyatı qurumların əməkdaşları hadisə yerinə cəlb olunub.

Polis və prokurorluq orqanlarının əməkdaşları da hadisə yerindədir.

Araşdırma aparılır.

Gununsesi.info