Naməlum şəxslər 21 yaşlı gənci evə gedərkən bıçaqladı

  • By admin
  • 29 Yanvar 2018 09:40

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, NZS qəsəbəsindəki Aşıq Qurban küçəsi ilə evə gedən 1997-ci il təvəllüdlü Əliyev Sənan Zəfər oğlu yolda tanımadığı şəxsin bıçaqla hücumuna məruz qalıb.

Nəticədə o hər iki ayağından bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Gununsesi.info