Naməlum şəraitdə ölən hərbçilərin valideynləri aksiya keçirib

  • By admin
  • 19 May 2022 14:06

Mayın 19-da müxtəlif vaxtlarda naməlum şəraitdə həlak olmuş hərbiçilərin valideynləri Prezident Administrasiyasının binası qarşısında etiraz aksiyası keçirməyə cəhd ediblər.

Gununsesi.info bildirir ki, onlar övladlarına şəhid statusunun verilməsini tələb ediblər.
Valideynlərin sözlərinə görə, illərdir məsələ həll edilmir.

“Prezident Administrasiyasında da qəbulda olmuşuq, deputatların da qəbulunda olmuşuq. Söz verirlər, amma ortada bir nəticə yoxdur. Ad qoyublar ki, övladlarımız hərbi hissədə naməlum şəraitdə həlak olub, şəhidlik statusunu vermirlər”.

Bundan sonra aksiya iştirakçıları isə qəbula aparılıb.

Gununsesi.info