“Namaz qılmayan heyvandır” cümləsi qalmaqal yaratdı - VİDEO

  • By admin
  • 17 İyun 2016 13:54

VERILISH

 

HTML tutorial

TRT1 və TRT AVAZ telekanalında “Ramazan sevinci” proqramına qonaq olan Ankara Universitetinin professoru Mustafa Aşkarın dedikləri qalmaqala səbəb olub.

Gununsesi.info xəbər verir ki, ölkənin ali televiziya qurumu – RTÜK qonağın “Namaz qılmayan heyvandır” cümləsini “irq, rəng, dil, din, cinsiyyət, qüsurluluq, siyasi və fəlsəfi düşüncə, məzhəb ayrıseçkiliyi ilə fərdləri təhqir” adlandırıb.

Qurum TRT dövlət telekanalı olduğu üçün şikayəti Prezident Administrasiyasına bildirib. Qanuna görə RTÜK TRT-yə cəza verə bilmədiyi üçün dövlət özü proqramın aparıcısı, koordinatoru və ya prodüserinə cəza verə bilər. (axsam.az)