Namibiya millisinin üzvü “Şamaxı”ya keçib

  • By ilhame
  • 07 İyul 2024 16:48

“Şamaxı” heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

 

Gununsesi.info-nun məlumatına görə, komanda futbolçu Lubeni Haukonqonu heyətinə qatıb.

 

Namibiya millisinin üzvü olan mərkəz müdafiəçisi ilə bir illik müqavilə imzalanıb.

 

Lubeninin son klubu Cənubi Afrika Respublikasının “Cape Town Spurs” klubu olub.

 

Qeyd edək ki, 24 yaşlı futbolçu 2021-ci ildən Namibiya millisinə dəvət alır.

Gununsesi.info