Namizəd Səfərov: “Çovdarovla bağlı məhkəmənin Bakı Hərbi Məhkəməsində keçirilməsində hansısa ziddiyyət yoxdur”

  • By admin
  • 23 Avqust 2016 16:21
namized_seferov
“Hərbçilərin və hərbi qulluqçulara bərabər tutulan şəxslərin cinayət işinin araşdırılmasına hərbi prokurorluqda və hərbi məhkəmlərdə baxılır”.
Bunu Gununsesi.info-ya açıqlamasında vəkil Namizəd Səfərov MTN-nin  Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovla bağlı məhkəmə prosesinin  Bakı Hərbi Məhkəməsində keçiriləcəyi ilə əlaqədar məsələyə aydınlıq gətirərkən deyib
Onun sözlərinə görə, məhkəmə istintaqında aidiyyatı üzrə işə baxılma deyilən bir anlayış var. “Hərbçilər və hərbi qulluqçulara bərabər tutulan şəxslər var ki, onların cinayət işlərinə ancaq  hərbi prokurorluqda və hərbi məhkəmlərdə baxılmalıdır. Burada cinayət əməlinin törədilməsindən və onun  xarakterindən asılı olmayaraq,  hərbçi və hərbi qulluqçulara bərabər tutulan şəxslərdirsə, onların işinə mütləq hərbi məhkəmələr baxmalıdır. Burada qanuni ziddiyyət yoxdur. Qanunvericiliyə əsasən bu iş belə olmalıdır”- deyə, N. Səfərov vurğualyıb.
N. Səfərov əlavə edib ki,  A. Çovdarov da MTN zabiti olaraq hərbi qulluqçular statusuna bərabər şəxs olduğundan onun məhkəməsi hərbi məhkəmədə keçirilməlidir: “Bu kateqoriyaya malik insanların  işinə ilk instansiya məhkəməsindən sonra Apellyasiya Məhkəməsinində də, Ali Məhkəmədə də hərbi kollegiya baxır”.
Gununsesi.info