
“Napoli” klubunun prezidenti Aurelio De Laurentis COVID-19-a yoluxub.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı İtaliya klubunun rəsmi saytı dərc edib.
71 yaşlı klub prezidentindən götürülən testin cavabı müsbət olub.
Qeyd edək ki, Aurelio De Laurentis 2004-cü ildən kluba rəhbərlik edir.
Məhz onun kluba gəlişindən sonra Neapol şəhərini təmsil edən klub A Seriyasına vəsiqə qazanaraq çempionatda stabil çıxış etməyə başlayıb.
Gununsesi.info