“Napoli”nin ulduzu Maradonanı geridə qoydu

  • By admin
  • 13 Fevral 2022 20:07

İtaliya millisinin və “Napoli”nin futbolçusu Lorentso İnsinye Neapol təmsilçisindəki qol sayına görə argentinalı əfsanəvi hücumçu Dieqo Maradonanı geridə qoyub.

Gununsesi.info xəbər verir ki, 31 yaşlı forvard buna doğma meydanda “İnter”lə 1:1 hesablı heç-heçə etdikləri A Seriyasının XXV tur matçında fərqlənməklə nail olub.

Görüşün 7-ci dəqiqəsində penaltidən hesabı açan təcrübəli oyunçu “Napoli”də ümumilikdə 116-cı qolunu vurub. Maradona isə bu komandanın heyətində rəqib qapılarından 115 top keçirib.

Qeyd edək ki, 1984-1991-ci illərdə “Napoli”nin formasını geyinmiş Dieqo Maradona 2020-ci ildə 60 yaşında vəfat edib.

 

 

Gununsesi.info