“Napoli”nin yeni baş məşqçisinin adı açıqlanıb

  • By ilhame
  • 05 İyun 2024 13:57

İtaliyanın “Napoli” klubunun yeni baş məşqçisinin adı açıqlanıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Seria A təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

Komanda Antonio Konteyə tapşırılıb.

 

Onun müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub.

 

Qeyd edək ki, 54 yaşlı italiyalı mütəxəssis son olaraq 2023-cü ildə İngiltərədə “Tottenhem”də işləyib.

Gununsesi.info