2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 38 saylı Gəncə birinci seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Naqif Həmzəyevin Gəncə şəhərində seçiciləri ilə növbəti görüşü keçirilib.
Gununsesi.info bildirir ki, deputatlığa namizəd seçicilərlə görüşündə ötən 4 illik fəaliyyətindən danışıb.
Tədbirdə çıxış edən şəhər sakinləri müxtəlif məsələlərlə bağlı təkliflər verib.