Naqif Həmzəyev:”Erkin Qədirli düşünür ki, öz dairəsindəki mübahisələr başqalarında da olub”

  • By admin
  • 25 Yanvar 2023 21:14

Erkin Qədirlinin həmkarları haqqında söylədiyi fikirlərdən təəssüfümü ifadə etməklə yanaşı, həm də  bildirmək istəyirəm ki, reallıqdan uzaq söhbətdir”.

 

Bunu Gununsesi.info-ya açıqlamasında YAP-dan olan deputat Naqif Həmzəyev həmkarı Erkin Qədirlinin “deputatların heç biri demokratik seçki ilə seçilməyib” fikrinə münasibət bildirərkən söyləyib.

Naqif Həmzəyev bildirib ki, deputat bu sözləri deyərkən, görünür, özünün seçildiyi dairədəki olaylara istinad edib:”Erkin Qədirli etiraf etmişdi ki, seçildiyi dairədə nəticələrlə bağlı ziddiyətlər olub. Görünür, hesab edir ki, bütün dairələrdə seçkilər belə mübahisəli olub. Amma reallıq başqadır. Parlament xalq tərəfindən formalaşdırılıb. Ona görə də onun bu çıxışı həm də seçicilərə qarşı yönəlmiş çıxışdır”.

 

Mais

Gununsesi.info