Naqil oğruları həbs olundu

  • By admin
  • 26 Yanvar 2017 13:19

OLYMPUS DIGITAL CAMERA

Qaradağ rayonunun Səngəçal qəsəbəsində Sarınca-Qaradağ dəmir yolu xəttindən 150 metr mis naqili kəsib oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 25-də Qaradağ rayonunun Səngəçal qəsəbəsində Sarınca-Qaradağ dəmir yolu xəttindən 150 metr mis naqili kəsib oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən Beyləqan rayon sakini İlkin Fərəcov, Ağdam rayon sakinləri Ramil Axundov və Mehman Cəfərov saxlanılıbla.

Anar

Gununsesi.info